AZ

İngiltərədən gözlənilməz məğlubiyyət

Yoldaşlıq görüşü çərçivəsində İngiltərə millisi doğma divarlar arasında Seneqalı qəbul edib. Oyun afrikalıların 3-1 hesablı qələbəsi ilə yekunlaşıb.

Yenisabah.az xəbər verir ki, matçda hesabı Harri Keynin 7-ci dəqiqədə vurduğu qolla ingilislər açıb. Lakin təşəbbüsü ələ alan Seneqal seçməsi İsmaila Sarr (40), Diarra (62) və Saballinin (90+3) qolları ilə qələbə qazanmağı bacarıb.

Bu nəticə ilə ilk dəfə olaraq, bir Afrika ölkəsi İngiltərə millisini məğlub edib.

 

 


Telegram kanalımız
Seçilən
50
yenisabah.az

1Mənbələr