Son dövrlərdə “Labubu” adlı oyuncaq qarşısıalımaz cazibəsi ilə sosial medianı ələ keçirib. Bu təmtəraqlı oyuncaq viral sensasiyaya çevrilib. Sosial mediadan tutmuş pərakəndə mağazalara qədər, “Labubu”nun populyarlığı sərhəd tanımır. Bəs “Labubu” çılğınlığı necə başladı?
“Labubu” Honq-Konq əsilli rəssam Kasing Lung tərəfindən yaradılan və ilk olaraq satışı Pop Mart tərəfindən həyata keçirilən göstərişli oyuncaqdır.
Bəs bu oyuncaq bir anda necə məşhurlaşdı?
Trend, BLACKPİNK-dən K-Pop super ulduzu Lizanın İnstaqramda Labubu kolleksiyasının şəkillərini paylaşmasından sonra sürətləndi. Tezliklə Rihannanın da onun ardınca şəkillər paylaşması bu oyuncağı daha da məşhurlaşdırdı.
Bu günə kimi təxminən 126 miyon ədəd Labubu oyuncağı satıldığı qeyd edilib.
Orijinal “Labubu”nun Azərbaycanda satış qiyməti 130 manat təşkil edir. Ölkə ərazisində bəzi mağazalarda “Lafufu” adlandırılan “Labubu”nun orijinal olmayan versiyasıda satışa çıxarılıb. “Lafufu”larınsa satış qiyməti 30-50 manat arasında dəyişir.
Sizcə, 130 manata bu oyuncağı almağa dəyərmi?
Tənzilə Ağabalayeva