11 iyun qızlardan ibarət U-18 millimiz Belarusiyanın paytaxtı Minsk şəhərinə yola düşüb.
Operativ Media xəbər verir ki, millimizin baş məşqçisi Evren Alkayanın qeyd etdiyi kimi, Minskdə baş tutacaq təlim-məşq toplanışı qarşıdan gələn Avropa çempionatına hazırlıq prosesinin əsas mərhələsidir. Qızlarımız bu təlim-məşq toplanışında taktiki, texniki və fiziki çalışmalarla yanaşı, bir sıra yoxlama oyunları da keçirəcəklər. Hazırlıq prosesinə 19 iyunda yekun vurulacaq.
Qeyd edək ki, Minsk təlim-məşq toplanışında əsas məqsəd 4-13 iyul Litavın Alitus və Vilnüs şəhərlərində baş tutacaq Avropa çempionatı "B" divizionunun oyunlarına hazırlaşmaqdır.