ABŞ prezidenti Donald Tramp Şimali Karolinada Los-Anceles hadisələri ilə bağlı açıqlamalar verib.
Publika.az xəbər verir ki, amerikalı liderin çıxışını gülləkeçirməz şüşə arxasından etməsi diqqət çəkib.
“Biz Kaliforniyaya minlərlə Milli Qvardiyaçı göndərmişik. Dəhşətli dəstədən qorunmaq istəyirik. Hərbçilər pis adamların hücumlarına məruz qaldı. Mən buna icazə verməyəcəyəm. Kaliforniyada şahidi olduğunuz hadisə sülhümüzə olan hücumdur. Xarici güclər kimi ölkəmizi işğal edirlər. Onlar illərlə yoxlamadan keçmədən ölkəyə daxil olublar.
ABŞ bayrağını yandıranlar 1 il həbs cəzası çəkməlidir. Biz anarxiyanın davam etməsinə imkan verməyəcəyik. Təxribatçıların çoxu Bayden administrasiyası tərəfindən ələ alınıb”, - Tramp söyləyib.