AZ

Universitetə qəbul: 4-cü qrupda hansı sahələr ön plandadır?

2025-ci il qəbul imtahanları ərəfəsində abituriyentlərin ixtisas seçiminə daha diqqətlə yanaşması vacibdir. Xüsusilə 4-cü ixtisas qrupu üzrə bəzi sahələr əmək bazarındakı tələbat və inkişaf perspektivləri baxımından ön plana çıxır.

 

4-cü ixtisas qrupunda diqqət çəkən sahələr 2025-ci il qəbul mərhələsində 4-cü ixtisas qrupu üzrə abituriyentlərin diqqət yetirməli olduğu sahələr barədə təhsil eksperti Elçin Əfəndi AzEdu.az-a danışıb.

 

Ekspertin sözlərinə görə, 4-cü ixtisas qrupunda tibb, stomatologiya, hərbi həkim işi, biotexnologiya və pedaqoji yönümlü ixtisaslar ən çox tələbat görən sahələrdir:

 

“Bu sahələr üzrə həm təhsil alanların sayı artmaqdadır, həm də əmək bazarında real ehtiyac mövcuddur. Xüsusilə biotexnologiya və hərbi tibb sahələri son illər daha strateji mövqeyə yüksəlib”.

 

Eyni zamanda, ekspert bəzi ixtisaslara olan marağın az olduğunu da qeyd edir:

 

“Məsələn, bağçılıq və tərəvəzçilik, eləcə də ekologiya kimi ixtisaslara maraq zəifdir. Halbuki bu sahələr də ətraf mühit və qida təhlükəsizliyi baxımından önəm daşıyır”.

 

Elçin Əfəndi onu da vurğulayıb ki, bu qrupda yeni yaradılmış ixtisaslar da var və onların arasında gələcək üçün perspektivli olanlar mövcuddur:

 

“Məsələn, “Qidalanma və dietologiya” ixtisası yeni olsa da, həm abituriyent marağı yüksək olacaq, həm də bu sahə üzrə əmək bazarında artan tələbat müşahidə olunur. Abituriyentləri seçim edərkən yalnız prestij deyil, həm də reallıq və maraq əsasında qərar verməlidirlər". 

Seçilən
34
azedu.az

1Mənbələr