AZ

Texasda etirazlara görə Milli Qvardiya səfərbər edildi- ÖZƏL

ABŞ-nin Texas ştatında qeyri-qanuni miqrantların kütləvi şəkildə saxlanılmasına qarşı keçirilən etiraz aksiyalarının fonunda ictimai asayişin təmin edilməsi məqsədilə Milli Qvardiya qüvvələri səfərbər edilib. Olaylar.az xəbər verir ki, bu barədə Texas ştatının qubernatoru Qreq Ebbott məlumat verib.
"Milli Qvardiya Texas boyunca sülh və asayişi təmin etmək üçün səfərbər olunacaq. Dinc etirazlar qanunidır. Amma insanlara və əmlaka zərər vurmaq qanunsuzdur və həbs ilə nəticələnir", - deyə qubernator sosial şəbəkə platforması X-də yazıb.
Qeyd edək ki, bundan əvvəl qubernator Ebbott Texasın paytaxtı Ostində miqrasiya siyasətinə qarşı keçirilən aksiyalar zamanı 10-dan çox iştirakçının saxlanıldığını bildirmişdi. Oxşar etiraz aksiyaları ştatın digər şəhəri olan Dallasda da keçirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
36
olaylar.az

1Mənbələr