AZ

Rusiya: İran və ABŞ arasında nüvə razılaşmasına yardım etməyə hazırıq – ÖZƏL

Rusiya İranla ABŞ arasında İranın nüvə proqramı üzrə razılaşmanın əldə olunmasına praktiki yardım göstərməyə hazırdır. 

Olaylar.az xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bəyan edib.

Ryabkov bildirib ki, Rusiya, xüsusilə, İranın artıq qalmış nüvə materiallarının ölkədən çıxarılmasını təşkil edə və bu materialları atom reaktorlarında yanacaq kimi istifadə üçün uyğunlaşdıra bilər.

Diplomat qeyd edib ki, razılıq əldə olunması üçün hələ də şanslar mövcuddur.
"Zəruridir ki, səylər ikiqat artırılsın və heç olmasa müvəqqəti, qismən bir həll yolu tapılsın - həm sanksiyalarla bağlı məsələdə, həm də İrana qarşı irəli sürülən iddialara cavab axtarışında," - deyə Ryabkov əlavə edib.

O vurğulayıb ki, Tehran dialoqa açıqdır və Moskva bu prosesə həm siyasi təşəbbüslərlə, həm də texniki sahədə konkret addımlarla dəstək verməyə hazırdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
52
olaylar.az

1Mənbələr