Cənubi Qafqaz regionu istifadə olunmamış böyük potensiala malikdir və Ermənistan ilə Azərbaycan arasında sülh sazişinin imzalanması bu məsələdə kömək edəcək.
“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu Yunanıstan Xarici İşlər Nazirliyinin (XİN) beynəlxalq iqtisadi əlaqələr üzrə baş katibi Dimitris Skalkos bildirib.
O vurğulayıb ki, Afina iki ölkə arasında sülh sazişi mətninin razılaşdırılmasını alqışlayır:
"Biz prosesdən çox məmnunuq və əlbəttə ki, onun həyata keçirilməsini görmək istəyirik. Sülh sazişinin imzalanmasını səbirsizliklə gözləyirik".