BAKI, 11 iyun. TELEQRAF
Los-Ancelesdəki ABŞ hərbçilərinin sayı ölkənin Suriya və İraqdakı kontingentini üstələyir.
Teleqraf xəbər verir ki, bu barədə ABC telekanalı məlumat yayıb.
Kanalın məlumatına görə, Los-Ancelesdə 4800 Milli Qvardiya və Dəniz Piyadası yerləşdirilib. İraqda 2500, Suriyada isə 1500 amerikalı hərbçi var.
Los-Anceles şəhərində etirazlar iyunun 6-da miqrantlara qarşı reydlərə görə başlayıb. Bu, Ağ Evlə Kaliforniya administrasiyası arasında siyasi böhrana səbəb olub.
Etirazlar iğtişaşlara çevrildikdən sonra ABŞ Prezidenti Donald Trampın əmri ilə Milli Qvardiya və Dəniz Piyadalarının hərbçiləri Los-Ancelesdə yerləşdirilib.
Los-Anceles meri Karen Bass dünən axşam şəhərin mərkəzində komendant saatı elan edib.