ain.az, Oxu.az portalına istinadən məlumat yayır.
Türkiyə kino tarixində silinməz izlər buraxan, "Yumurcak" filmindəki "Çitlenbik" obrazı ilə yaddaşlara həkk olunan afrikaəsilli məşhur aktyor İhsan Küçüktepe vəfat edib.
Oxu.Az-ın məlumatına görə, bu barədə "Film-San Vəqfi" rəsmi sosial media hesabında xəbər verib.
"Aktyor İhsan Küçüktepeyə (Çitlenbik) Allahdan rəhmət, ailəsinə və sevənlərinə başsağlığı diləyirik", - deyə paylaşımda bildirilib.
63 yaşlı aktyorun nədən vəfat etdiyi açıqlanmayıb.
Qeyd edək ki, İhsan Küçüktepe "Yeşilçam" tarixində unudulmaz uşaq ulduzlardan biri hesab olunur. 1969-cu ildə çəkilən və böyük populyarlıq qazanan "Yumurcak" filmində canlandırdığı "Çitlenbik" obrazı ilə qısa zamanda bütün ölkənin sevimlisinə çevrilmişdi.
if (!$ISMOBILE) : ?>
include(__DIR__.'/320x100.php');?>
Karyerasını təkcə uşaq aktyor olaraq deyil, gənc yaşlarında da davam etdirən Küçüktepe 1975-ci ildə TRT-də yayımlanan və geniş tamaşaçı auditoriyası qazanan "Aşk-ı Memnu" serialında "Beşir" obrazını canlandırıb. 1977-ci ildə isə "İbo ilə Güllüşah" filmində küçə uşağı rolunda çıxış edib.
Zamanla aktyorluq karyerasına fasilə verən Küçüktepe 2004-cü ildə "Cennet Mahallesi" serialında iki seriyalıq qonaq aktyor kimi geri qayıdıb. 2006-cı ildən isə "Arka Sokaklar" serialında bir mövsüm iştirak edib və 2014-cü ilə qədər layihənin səsyazma komandasında fəaliyyət göstərib.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.