AZ

Moldova ilə Rumıniya nə vaxt birləşəcək?

Rumıniya prezidenti Nikuzor Dan Kişinyova səfəri zamanı Moldova ilə birləşmə mövzusunu xatırladıb...

Poliqon xəbər veri ki, o, bu barədə Moldova-1 telekanalına müsahibəsində danışıb.

"Bəli, göz qabağındadır, mən ittifaqçıyam, amma eyni zamanda Moldova Respublikası adlı ölkənin suverenliyinə hörmət edirəm. Ona görə də bu ölkənin vətəndaşlarının əksəriyyəti bunu istəyəndə Rumıniya buna hazır olacaq", deyə o, qeyd edib.

Mayın 18-də Rumıniyada keçirilən prezident seçkilərində Buxarest meri Nikusor Dan qalib gəlib. İkinci turda o, əvvəlcə məğlubiyyətini etiraf edən ifrat sağçı partiyanın lideri Simionu məğlub edib. Dan Aİ və NATO-ya inteqrasiyanın və Ukraynaya yardımın davam etdirilməsini müdafiə edir.

2023-cü ildə Moldova Prezidenti Maya Sandu respublikanın Rumıniyaya birləşdirilməsi ideyasının ölkə vətəndaşları arasında dəstəklənmədiyini, buna görə də hakimiyyət orqanlarının diqqətini Avropaya inteqrasiya ideyasına yönəltdiyini bildirib. Bir il sonra Moldova Dövlət Xidmətləri Agentliyi ölkənin Rumıniya ilə birləşməsinin tərəfdarı olan Domoi Partiyasını qeydiyyatdan keçirib.

Poliqon.info

Seçilən
46
poliqon.info

1Mənbələr