AZ

Katalikosun məsələsi hakim partiyanın ali iclasında müzakirə olundu...


“Mülki müqavilə” partiyasının idarə heyətinin növbəti iclasından sonra jurnalistlərlə söhbətində Ermənistanın baş nazirinin aparat rəhbəri Arayik Arutyunyan qeyd edib ki, digər daxili siyasi məsələlərlə yanaşı, bütün ermənilərin katolikosunun kənarlaşdırılması planı da müzakirə olunub. Jurnalistin hansı qərarın qəbul edildiyi və Nikol Paşinyanın elektron poçtuna məktubların gəlib-gəlməməsi ilə bağlı sualına cavab olaraq, Arutyunyan deyib: “Güman edirəm ki, yaxın günlərdə bu prosesin necə həyata keçiriləcəyi ilə bağlı açıqlama veriləcək”.
Arutyunyan jurnalistin bu prosesin müxalifət tərəfindən vətəndaş müharibəsini qızışdırmaq cəhdi kimi qiymətləndirilməsinə də cavab verib. "Belə bəyanatlar verənlər vətəndaş müharibəsi törətməkdən danışanda boş-boş danışırlar. 2020-ci ildən sonra onlar həmişə vətəndaş müharibəsi törətmək istəyiblər, lakin uğursuzluğa düçar oldular,Ermənistanda vətəndaş müharibəsi ola bilməz", - deyə Arutyunyan bildirib.

Surxay Əliyev

Seçilən
45
baki-xeber.com

1Mənbələr