Koreyanın ölkəmizdəki səfiri Kanq Kımqu ilə Azərbaycan Musiqi Akademiyasının professor, dirijor Yalçın Adıgözəlov arasında görüş keçirilib.
Hafta.az-ın Səfirliyin sosial media səhifəsinə istinadla yazdığına görə, səfirlikdə keçirilən görüşdə, koreyalı və azərbaycanlı musiqiçilər arasında əməkdaşlığın genişləndirilməsi yollarını müzakirə edilib.
Məlumatda dirijor Adıgözəlovun bioqrafiyasına yer verilib. Qeyd edilib ki, məşhur sənətkar ailəsindən çıxan xalq artisti, 2022-ci ildə Koreya-Azərbaycan diplomatik əlaqələrinin qurulmasının 30 illiyinə həsr olunmuş dostluq konsertində Azərbaycan Dövlət Simfonik Orkestri ilə birlikdə Krzisztof Pendereckinin “Koreya” adlı 5 nömrəli simfoniyasını və “Vətənin Baharı” əsərini ifa edib.