Bakı. Trend:
Aprel ayından başlayaraq Maliyyə Nazirliyi tərəfindən vahidxəzinə hesabının sərbəst qalığının kommersiya banklarındayerləşdirilməsi məqsədilə keçirilən depozit hərracları nəticəsindəbank sektorunda likvidliyin artması AZIR indeksinə azaldıcı təsiredib.
Bu barədə Trend Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbərverir.
Bildirilib ki, ötən ilin ikinci yarısının bir çox aylarındahökumət hesabları qalığının artımı qısamüddətli faizlərə artırıcıtəsir edirdi.
“Bu şəraitdə Mərkəzi Bank açıq bazar əməliyyatlarınıintensivləşdirmiş, artan likvidliyin əhəmiyyətli hissəsi MərkəziBankın əsas alətinə çevrilməkdə olan 1 həftəlik əməliyyatlarlasterilizasiya olunub. Sterilizasiya yönümlü açıq bazarəməliyyatlarının effektivliyini artırmaq üçün pul siyasətininəməliyyat çərçivəsində dəyişiklik edilib, 7 günlük repo əməliyyatı7 günlük depozit əməliyyatı ilə əvəzlənib”, - məlumatdavurğulanıb.
“Pul bazarında aktivlik yüksək olaraq qalır. 2025-ci ilin 5ayında ötən ilin müvafiq dövrünə nəzərən təminatsız bazardaəqdlərin həcmi 1.6 dəfə, sayı isə 1.8 dəfə artıb”, - deyə məlumatdaqeyd olunub.