U-12, U-14 və U-16 qız basketbol liqalarında mükafatçılar müəyyənləşib.
Offsideplus.az xəbər verir ki, bu çempionatlarda final və 3-cü yer uğrunda görüşlər Azərbaycan Texniki Universitetinin idman zalında oynanılıb.
U-12 liqasının finallnda İOEUGİM-8 komandası "AzStars" klubuna 48:31 hesabı ilə qalib gələrək çempion olub. "Birlik" isə "Gəncə" üzərində 29:18 hesablı qələbə sayəsində liqanın bürünc medalına layiq görülüb.
U-14 liqasının həlledici görüşündə AAAF klubu "Gəncə"yə şans verməyib - 59:22. İEOUGİM-8 komandası isə "Cəlilabad"ı 55:26 hesabı ilə məğlub edərək 3-cü pillənin sahibi olub.
U-16 liqasında çempioni titulunu "AzStars" qazanıb. Bu komanda finalda İOEUGİM-8 kollektivini 74:32 hesabı ilə üstələyib. Bürünc medallara AAAF komandasını 41:45 hesabı ilə məğlub edən "Gəncə" basketbolçuları qovuşublar.
Həlledici oyunlardan sonra mükafatlandırma mərasimi baş tutub.
Kubok və medalçılara mükafatları qadınlardan ibarət yığmamızın baş məşqçisi Evren Alkaya, U-16 qızlar millisinin baş məşqçisi Ferhat Akcan və Azərbaycan Basketbol Federasiyasının Hakimlər Komitəsinin sədri Ələkbər Həsənov təqdim ediblər.