AZ

Azərbaycanlı diplomat evində ölü tapıldı

Azərbaycanın Özbəkistandakı səfirliyində konsul vəzifəsində çalışmış İlqar İbrahimov evində ölü taplıb.

XəzərNews.az xəbər verir ki, Bakupost.az-ın əldə etdiyi məlumata görə, o, qış aylarında Bakıya qayıdıbmış.

İlqar İbrahimovun ölümünün səbəbi bəlli deyil.

Qeyd edək ki, o, uzun müddət diplomatik xidmət sahəsində çalışıb, Azərbaycanın Özbəkistandakı səfirliyində birinci katib və konsul vəzifələrini tutub.

Xarici İşlər Nazirliyinin mətbuat xidməti Bakupost.az -ın İlqar İbrahimovla bağlı sorğusunu cavablandırmaqdan imtina edib: "Səfirliklərin və XİN-in heyəti barədə mətbuata məlumat vermirik".

Xəbər 2 dəfə oxunub.
Seçilən
57
39
xezernews.az

10Mənbələr