BAKI, TurkicWorld
Türk Qızıl Ayparası tarixə söykənən bir yaxşılıq ordusudur.
TurkicWorld xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Qızıl Aypara Cəmiyyətinin yaranmasının 157-ci ildönümü münasibətilə paylaşım edərək təşkilatın fədakar fəaliyyəti və tarixi əhəmiyyətini vurğulayıb.
Prezident bildirib ki, 1868-ci ildə “Osmanlı Yaralı və Xəstə Əsgərlərə Yardım Cəmiyyəti” adı ilə qurulan Türk Qızıl Ayparası, zamanla beynəlxalq yardım, fəlakət müdaxiləsi, sosial xidmətlər, miqrasiya və qaçqın dəstəyi kimi sahələrdə geniş fəaliyyət göstərən quruma çevrilib.
“Türk Qızıl Ayparası təkcə Türkiyədə deyil, dünyanın müxtəlif bölgələrində, o cümlədən Fələstin, Suriya, Somali, Əfqanıstan və Bosniyada ehtiyacı olanların yanında yer alır. Fəlakətlər, epidemiyalar və yoxsulluqla mübarizədə ön cəbhədə çalışan bu təşkilat könüllüləri ilə bütün dünyada ümid işığına çevrilib”, – deyə Ərdoğan bildirib.
Prezident təşkilatın bütün işçi heyətinə, könüllülərə və xeyriyyəçilərə təşəkkür edib, xalqı bu xeyriyyə missiyasını dəstəkləməyə çağırıb.