Ailə institutunun qorunub gələcək nəsillərə ötürülməsi vacibdir.
"Report" xəbər verir ki, bunu Türkiyənin ailə və sosial xidmətlər naziri Mahinur Özdemir Göktaş iyunun 11-də Bakıda Türk Dövlətləri Təşkilatının (TDT) ailə məsələləri və sosial siyasət sahəsinə məsul nazir və qurum rəhbərlərinin ikinci iclası çərçivəsində keçirilən "Güclü ailələr, güclü toplumlar: TDT ölkələri də ailəni dəstəkləkləyici siyasətlər" adlı tədbirdə deyib.