AZ

ABŞ ordusu hazır vəziyyətə gətirildi: İrana hücuma hazırlaşırlar

ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) komandanı Maykl Kurilla Nümayəndələr Palatasında keçirilən dinləmələr zamanı İranla bağlı təəccüblü açıqlama verib.

Publika.az xəbər verir ki, bu barədə “The Hill” qəzeti yazıb.

Bildirilib ki, Kurilla dolayı nüvə danışıqlarının nəticə vermədiyi təqdirdə İrana zərbə endirmək üçün hərbi planları ABŞ prezidenti Donald Trampa təqdim etdiyini və ordunun buna hazır olduğunu söyləyib.

Kurilla əmr veriləcəyi təqdirdə bunun həyata keçiriləcəyini qeyd edib.

Seçilən
35
publika.az

1Mənbələr