AZ

Kralın “tualetçisi” – Orta əsrlərdə ən nüfuzlu vəzifə

Orta əsrlərdə Avropa saraylarında bəzi vəzifələr zahirdə nə qədər qəribə görünsə də, əslində böyük nüfuza malik idi. AzPost xəbər verir ki, İngiltərə kralı VIII Henrinin dövründə “kralın tualetçisi” adlanan vəzifə sarayda yüksək etibar qazanan bir mövqe idi.

Bu şəxsin rəsmi adı “Groom of the Stool” idi. Əslində bu, kralın şəxsi təmizliyi ilə məşğul olan ən yaxın adamı demək idi. Maraqlıdır ki, bu iş üçün sadə insanlar deyil, ünvan sahibi zadəganlar seçilirdi.

Tualetçi kralın ehtiyacını ödədiyi xüsusi stulun altındakı qabı dəyişir, təmizləyir və bəzən nəcisin vəziyyətindən kralın səhhətində hər hansı dəyişiklik olub-olmadığını da yoxlayırdı. Hətta kral ehtiyacını bitirdikdən sonra onun bədən təmizliyini belə bu şəxs həyata keçirirdi.

Bütün bunlara baxmayaraq, bu vəzifə heç də alçaldıcı sayılmırdı. Əksinə, kralın ən şəxsi anlarında belə yanında olmaq bu şəxsi saraydakı digər zadəganlardan daha imtiyazlı edirdi. O, kralın sirdaşı olur, saray intriqalarından xəbərdar olurdu. Bəzən bu vəzifəni icra edən şəxslər yüksək dövlət vəzifələrinə təyin olunurdu.

Tarixçilərin qeyd etdiyinə görə, “Groom of the Stool” vəzifəsi XV əsrdən başlayaraq XVII əsrin sonlarına qədər aktiv şəkildə mövcud olub. Ancaq zaman keçdikcə bu vəzifənin mahiyyəti dəyişib və getdikcə rəmzi xarakter daşımağa başlayıb.

AzPost.az

Seçilən
8
1
azpost.info

2Mənbələr