Dünyada baş verən hadisələrin ailələr üçün yaratdığı çətinlikləri gözardı edə bilmərik:
"Report" xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Bakıda Türk Dövlətləri Təşkilatının Ailə Məsələləri və Sosial Siyasət Sahəsinə Məsul Nazir və Qurum Rəhbərlərinin II iclası çərçivəsində keçirilən "Güclü ailələr, güclü toplumlar:TDT ölkələrində ailəni dəstəkləkləyici siyasətlər" adlı tədbirdə deyib.
Onun sözlərinə görə, ailə dəyərlərinin qorunması təkcə mədəni məsələ deyil:
" Azərbaycan olaraq bu reallıqları ciddi qəbul edirik. Dövlət Komitəsi olaraq ölkədə bu sahə üzrə imkanlarımızı səfərbər edərək genişəhatəli işə cəlb olunmuşuq".
O əlavə edib ki, əlaqədar qurumlar da bu işə cəlb olunub.
"TDT çərçivəsində ailə dəyərlərinin qorunması üçün ortaq çalışmaları vacib hesab edirik. Gənc ailələr, valideynlər üçün maarifləndirici birgə layihələri önəmli hesab edirik. Vəziyyətin nədən ibarət olduğu və çıxış yolu üçün ciddi bir data bazasına ehtiyac var", - sədr əlavə edib.