AZ

Si Cinpin Qazaxıstana gedir

Çin lideri Si Cinpin iyunun 16-17-də Qazaxıstana gələcək. Səfər Kasım-Jomart Tokayevin dəvəti ilə həyata keçirilir.

Səfər zamanı Qazaxıstan-Çin hərtərəfli strateji tərəfdaşlığının daha da dərinləşdirilməsi məsələlərinin müzakirə olunacağı yüksək səviyyədə ikitərəfli görüşün keçirilməsi planlaşdırılır.

Səfər çərçivəsində Si Cinpin iyunun 17-də Astanada keçiriləcək ikinci Mərkəzi Asiya-Çin sammitində də iştirak edəcək.
Xatırladaq ki, sonuncu dəfə Si Cinpin Qazaxıstana 2024-cü ilin iyulunda səfər edib.

//Samir Qurbanov, Editor.az

Seçilən
60
editor.az

1Mənbələr