AZ

Gənclərin ailə dəyərləri ilə bağlı maarifləndirilməsinə ciddi ehtiyac var

BAKI, 11 iyun. TELEQRAF

Ailə dəyərlərinin qorunmasi artıq mədəni yox, strateji bir məsələyə çevrilib.

Teleqraf xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Türk Dövlətləri Təşkilatının üzv və müşahidəçi dövlətlərinin yüksək səviyyəli nümayəndə heyətlərinin iştirakı ilə “Güclü ailələr, güclü toplumlar: TDT ölkələrində ailəni dəstəkləyici siyasətlər” adlı tədbirdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycanda ailə təkcə institut deyil, milli kimliyin göstəricisi kimi dəyərləndirilir:
"Gələcək nəsillərin formalaşması baxımından ailənin qorunması mühüm məsələdir. Sosial trnsformasiyalar, rəqəmsallaşma, miqrasiyalar və onların gətirdiyi problemlər ailə anlayışına da təsirsiz ötüşmür. Komitə olaraq qarşıda duran problemlərin həlli istiqamətində ciddi addımlar atmağı planlayırıq və dövlət qurumları da bu istiqamətdə bizə dəstək verəcəklər. Bütün bu problemləri həll etmək, ortaq dəyərlər və həll yolları tapmaq baxımından Türk Dövlətləri Təşkilatı böyük gücdür. Daimi əlaqələndirilmə mərkəzinin olmasını istərdik. Gənc ailələr üçün maarifləndirici tədbirlər heyata keçirmək istəyirik və bu cür tədbirlər bizə yol xəritəsi təşkil etməyə kömək edəcək. Ortaq problemlər və həllər üçün geniş bir data bazası yaradılmalıdır.

Seçilən
20
teleqraf.com

1Mənbələr