AZ

Xarkov vuruldu – 2 ölü 54 yaralı

İyunun 11-nə keçən gecə Rusiya Silahlı Qüvvələri Xarkovun iki rayonuna - Slobodskoy və Osnovyanskiyə 17 "Şahed" pilotsuz təyyarəsi ilə zərbələr endirib. İlkin məlumatlara görə, iki nəfər ölüb, 54 nəfər yaralanıb, yaralananlar arasında beş uşaq da var.

Herbiand.az xəbər verir ki, bu barədə şəhər meri İqor Terekov öz Telegram kanalında məlumat verib.

“Beş mərtəbəli binada 15-dən çox mənzil yanır. Başqa bir ünvanda dağıntılar altında insanlar ola bilər”.

Mer əlavə edib ki, alovlar içində olan evlərdən bir neçə nəfər xilas edilib.

Seçilən
28
herbiand.az

1Mənbələr