AZ

Ruslar kütləvi şəkildə bu ölkənin vətəndaşlığını alır

“Yeni vətəndaşlıq qanunu sayəsində 2024-cü ildə 290 mindən çox insan alman pasportu alıb”.

Bizim.Media xəbər verir ki, bu barədə Almaniyanın Federal Statistika İdarəsi məlumat yayıb.

Məlumata görə, Almaniya vətəndaşlığı alanlar içərisində suriyalılar ilk pillədə qərarlaşıb. Onları Türkiyə (22 525 və ya 8%), İraq (13 545 və ya 5%), Rusiya (12 980 və ya 4%) və Əfqanıstan (10 085 və ya 3%) vətəndaşları izləyir.

Qeyd edək ki, siyahıda ən diqqətçəkən məqam Almaniya vətəndaşlığı alan rusların sayında kəskin artımın olmasıdır. Əvvəlki illə müqayisədə Almaniya vətəndaşlığı alan rusların sayı 6 dəfə artıb.

Bizim.Media

Seçilən
31
1
bizim.media

2Mənbələr