"Ümummilli Lider Heydər Əliyevin yürütdüyü siyasət qısa zaman ərzində nəticə verdi, ölkəmizin qüdrəti, nüfuzu artdı, Silahlı Qüvvələrimiz gücləndi, dövlət quruculuğunda ciddi addımlar atıldı". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Mehriban Vəliyeva deyib: "Ulu Öndər Azərbaycan xalqına qoyub getdiyi ən dəyərli miras müstəqil dövlət, milli ruha bağlı xalq, vətənpərvər gənclik və heç şübhəsiz ki, peşəkar, güclü sərkərdə İlham Əliyevdir. Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan dünyanın ən nüfuzlu, güclü ölkələrindən birinə çevrilib. Cənubi Qafqaz regionunun lider dövləti olan ölkəmiz müasir beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaşdır. Ulu Öndər Heydər Əliyevin müəyənləşdirdiyi siyasəti layiqincə həyata keçirən Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Ordumuz 30 ilə yaxın işğal altında qalmış torpaqlarımızı 2020-ci ildə 44 günlük Vətən müharibəsində və 2023-cü ilin sentyabrında 24 saatlıq hərbi əməliyyatlar nəticəsində tam azad etdi, ərazi bütövlüyümüz bərpa olundu. Prezident İlham Əliyev bununla ata vəsiyyətini yerinə yetirdi, onun missiyasını tamamladı. Bu gün üçrəngli Azərbaycan Bayrağı Şuşada, Xankəndidə - bütün rayonlarımızda dalğalanır. Ulu Öndərin azərbaycançılıq ideologiyası bu gün ölkəmizdə sülh və sabitliyin hökm sürməsinin şərtləndirir. 15 İyun Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış taleyüklü əhəmiyyəti olan günlərdən biridir, tariximizin şanlı, qürurlu səhifəsidir. Azərbaycanın tənəzzüldən xilas olaraq tərəqqi yoluna çıxması, dünya miqyasında müstəqil siyasət həyata keçirən dövlət kimi tanınması, beynəlxalq aləmdə layiqli yerini tutması məhz Heydər Əliyevin sayəsində mümkün oldu. 15 iyun 1993-cü il müstəqil Azərbaycanı sabitliyə, inkişafa aparan yolun başlanğıcıdır".Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik.
055 634 88 31