AZ

İrandan dörd ölkəyə təhdid: Cavabımız sarsıdıcı olacaq

BAKI, 11 iyun. TELEQRAF

“Fransa, Almaniya, Böyük Britaniya və ABŞ-nin Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin (AEBA) Rəhbərlər Şurasına təqdim etdiyi anti-İran qətnaməsi siyasi motivlidir”.

Teleqraf xəbər verir ki, bunu İranın AEBA-dakı nümayəndəsi Rza Nəcəfi deyib.

İranın beynəlxalq qurumdakı təmsilçisi xəbərdarlıq edib ki, qətnamə təsdiq olunarsa, Tehranın reaksiyası sarsıdıcı olacaq.

R.Nəcəfi AEBA-nın İranın nüvə proqramının monitorinqi və yoxlanmasına dair son hesabatını rədd edərək bildirib ki, bu nəticələr əsaslı deyil və hesabatda qaldırılan məsələlərin bir çoxu keçmiş məsələlərə aiddir:

“İranın AEBA ilə tam əməkdaşlıq etməməsi iddiası qəbuledilməzdir. Qətnaməyə gəlincə, bu, siyasi motivlidir”.

ABŞ, Britaniya, Fransa və Almaniyanın hazırladığı qətnamə iyunun 10-da AEBA-ya təqdim edilib. AFP yazır ki, bu, İranın nüvə fəaliyyətlərini məhdudlaşdırmaq üçün illərlə davam edən səylər kontekstində Qərb ölkələrinin sonuncu diplomatik cəhdidir.

Seçilən
34
teleqraf.com

1Mənbələr