AZ

Şəmkirdə müəllimlər qəzaya düşdü Biri öldü (YENİLƏNİB)

Unikal.az saytına istinadən ain.az xəbər verir.

Şəmkirdə minik maşının aşması zamanı ölən və xəsarət alanların adları məlum olub.

"Unikal"ın məlumatına görə, ölən şəxs avtomobildə olan sərnişin 1994-cü il təvəllüdlü H.İsmayılovadır.

Xəsarət alanlar sürücü 2001-ci il təvəllüdlü Ş.Hüseynova və avtomobildə olan sərnişin 2021-ci il təvəllüdlü Əlidir.

Qeyd edək ki, qəzada ölən H.İsmayılova və xəsarət alan Ş.Hüseynova Şəmkir rayonun Dəllər Cırdaxan kənd orta məktəbinin müəllimləri olub.

Faktla bağlı araşdırma aparılır.

***

10:34

if (!$ISMOBILE) : ?>

include(__DIR__.'/320x100.php');?>

Şəmkirdə yol qəzası olub, qadın sürücü ölüb.

"Unikal"ın məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan minik maşını yoldan çıxaraq  aşıb. Qəza zamanı qadın sürücü hadisə yerində ölüb, sərnişin olan azyaşlı oğlan isə xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
40
2
unikal.az

10Mənbələr