AZ

Gözlənilən keçid rəsmiləşdi

“Mançester Siti” “Vulverhempton”un müdafiəçisi Rayan Ayt-Nurinin transferini rəsmiləşdirib.

"Football-plus.az" xəbər verir ki, Mançester klubunun məbuat xidmətinin məlumatında 24 yaşlı futbolçu ilə imzalanan müqavilənin detalları açıqlanmayıb. Yerli mənbələrin xəbərlərinə görə, onun müqaviləsi 5 il müddətinə nəzərdə tutulub.

Əlcəzair millisinin də formasını geyən Ayt-Nuri ötən mövsüm bütün turnirlərdə 41 oyuna çıxıb, 5 qol vurub və 7 məhsuldar ötürmə edib.

Seçilən
75
1
football-plus.az

2Mənbələr