SpaceX və Tesla şirkətlərinin qurucusu Elon Musk, keçən həftə ABŞ prezidenti Donald Trampla bağlı ictimai qınaqlara səbəb olan açıqlamalarına görə təəssüfləndiyini bildirib.
Herbiand.az xəbər verir ki, bu barədə biznesmen X hesabında yazıb.
"Ötən həftə prezident haqqında yazdığım bəzi yazılara təəssüflənirəm. Onlar həddən artıq irəli gediblər".
Bundan əvvəl Mask və Tramp arasında ABŞ prezidentinin təklif etdiyi büdcə qanun layihəsi ətrafında ictimai mübahisə yaranıb və Mask bunu “iyrənclik” adlandırıb.
Prezidentlə mübahisəyə görə, Tesla şirkətinin aksiyalarının qiyməti 14% ucuzlaşıb.