Texnologiyanın inkişafı və dünyada baş verən hadisələr ailələri bundan əvvəl heç vaxt qarşılaşmadıqları çətinliklər qarşısında qoyub.
"Report" xəbər verir ki, bunu Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) əmək və sosial müdafiə naziri Sadık Qardiyanoğlu iyunun 11-də Bakıda Türk Dövlətləri Təşkilatının (TDT) ailə məsələləri və sosial siyasət sahəsinə məsul nazir və qurum rəhbərlərinin ikinci iclası çərçivəsində keçirilən "Güclü ailələr, güclü toplumlar: TDT ölkələri də ailəni dəstəkləkləyici siyasətlər" adlı tədbirdə deyib.
O qeyd edib ki, ailə milli kimliyin təməli və gələcəyi olduğu üçün bu institutu möhkəmləndirmək zəruridir: "İctimai dəyərlərimizi yaşadan tədbirləri dəstəkləyirik".
Nazir əlavə edib ki, Bakıda keçirilən bu tədbir də TDT ölkələrinin birgə fəaliyyəti sayəsində ailə dəyərlərini gücləndirməyə imkan verəcək.