AZ

Skuterlə toqquşan aktrisa son durumundan danışdı

BAKI, 10 iyun. TELEQRAF

“Müalicəm Respublika Neyrocərahiyyə Xəstəxanasında davam edir. Səhhətim normaldır. Xəstəxanadan evə nə zaman buraxılacağım məlum deyil”.

Bunu Teleqraf-a Gənc Tamaşaçılar Teatrının aktrisası İradə Rəşidova səhhətindəki son durum haqqında danışarkən deyib.

“Teatr kollektivindən çox razıyam. Hər kəs səhhətimlə maraqlanır”, - deyə aktrisa əlavə edib.

Qeyd edək ki, İ.Rəşidova bir neçə gün əvvəl küçədə skuterlə toqquşaraq xəstəxanaya yerləşdirilib. Aktrisa başından tramva alıb.

Seçilən
6
teleqraf.com

1Mənbələr