Azərbaycanda dövlət və özəl universitetlərdə müxtəlif növ təqaüdlər- akademik müvəffəqiyyətə, sosial vəziyyətə və xüsusi nailiyyətlərə əsaslanan təqaüdlər mövcuddur.
Bəs, görəsən, 2024-2025-ci tədris ilin I semestri üzrə universitetdə təhsil alan tələbələrin neçə faizi təqaüd alır?
Mövzu ilə bağlı AzEdu.az Elm və Təhsil Nazirliyinə sorğu ünvanlayıb.
Nazirlikdən sorğumza cavab olaraq bildirilib ki, 2024-2025-ci ilin birinci semestri üzrə bakalavr və magistr səviyyəsində təhsil alan tələbələrin 42%-i təqaüd alır.