AZ

ABŞ-nin daha bir ştatına milli qvardiya yeridilib

Bakı. Trend:

Asayiş və qayda-qanuna nəzarət məqsədilə bütün Texas ştatıərazisinə Milli Qvardiya qoşunları səfərbər olunub.

Trend xəbər verirki, bu barədə Texas qubernatoru Qreq Ebbot öz “X” səhifəsindəyazıb.

“Dinc aksiya qanunidir. İnsanlara və ya əmlaka ziyanın vurulmasıqanunsuzdur və həbslə nəticələnir. Milli Qvardiya asayişinqorunmasında hüquq-mühafizə orqanlarına dəstək olmaq üçün bütünvasitələrdən və strategiyalardan istifadə edəcək”, - deyə oyazıb.

Qeyd edək ki, Kaliforniya ştatının (Los-Anceles) ardınca Texasdada Tramp administrasiyasının miqrasiya siyasəti ilə əlaqədarkütləvi etirazlar baş qaldırıb.

Məqalədə:
Seçilən
27
az.trend.az

1Mənbələr