AZ

Şuşa fatehi yad edildi

Qəhrəman şəhidimiz İbrahimov Ayaz Sultan oğlunun mövlud günü qeyd edilib.

Bu münasibətlə şəhidin məzarı başında tədbir keçirilib.

Herbiand.az xəbər verir ki, şəhid ailələri, qazilər, müharibə veteranları, dövlət və hökümət nümayəndələri, hərbçilər və digər güc strukturlarının iştirak etdiyi tədbirdə ictimaiyyət nümayəndələri də şəhid ailəsinin yanında olublar.

Əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra dövlət himni səsləndirilib. Şəhidin ruhuna dular edilib, quran ayələri oxunub.

Tədbirdə çıxış edən qonaqlar, ailə yaxınları, şəhidin dostları onunla bağlı xatirələrini bölüşüb, ailəsinə dərin ehtiramlarını bildiriblər.

Sonda şəhidin doğulduğu Məmmədrza Dizə kəndində ehsan süfrəsi açılıb.

Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin çavuşu olan Ayaz Sultan oğlu İbrahimov 10 iyun 1998-ci ildə Babək rayonunun Məmmədrza Dizə kəndində anadan olub. 2016-2018-ci illərdə müddətli həqiqi hərbi xidmətdə olub, 2018-ci ildən etibarən isə Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun Xüsusi Təyinatlı Qüvvələrində müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmət etməyə başlayıb. O, 2020-ci ilin sentyabrında başlanan Vətən müharibəsi zamanı Xocavəndin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib və 9 noyabr tarixində Şuşada döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid olub.

Ayaz İbrahimov göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən, ölümündən sonra "Vətən uğrunda", "İgidliyə görə", "Xocavəndin azad olunmasına görə", "Şuşanın azad olunmasına görə" medalları və 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.

Ruhu şad olsun!



Seçilən
52
herbiand.az

1Mənbələr