“Nikol Paşinyanın Erməni Apostol Kilsəsinə qarşı təqiblərini gücləndirməsinə cavab olaraq Kilsə öz qərargahını çox asanlıqla Ermənistandan köçürə bilər”. Bu barədə politoloq Arqişti Kiviryan öz Facebook səhifəsində yazıb. "1441-ci ildə Kilikiyadan Vaqarşapata köçürüldüyü kimi, indi də başqa əraziyə köçürülə bilər. Kilsə bina və tikililər deyil, bir qurumdur, şəbəkə strukturudur və baş idarənin köçürülməsi onun funksional idarəçiliyinə heç bir təsir göstərə bilməz, lakin bunun dövlət və millət üçün nəticələrini qibtə ediləcək hal kimi qəbul etmək olmaz. Bir vaxtlar Kilikiyadan Vaqarşapata köçürülmənin nəticələrindən biri də erməni dövlətçiliyinin bərpasının mümkünlüyü idi, lakin kilsənin baş idarəsinin köçürülməsindən sonra Nikol hətta öz yaxınlarını da suveren dövlətçiliyin mövcudluğuna inandıra bilməyəcək. Nikol düzəlməz bir fəlakətdir, lakin Nikolla əlbir olanlar başa düşmürlər ki, II Qaregin və yepiskop mülkü iradəli addımlar atsa, bütün bunlar nəyə gətirib çıxara bilər...
P.S.: Məsləhət lazımdırsa, mənimlə əlaqə saxlaya bilərlər...” deyə Arqişti Kiviryan yazıb.
Surxay Əliyev