AZ

Depay Robin van Persinin millidəki qol rekordunu təkrarladı

Dünya çempionatının seçmə mərhələsində Malta yığması ilə keçirilən matç (8:0) Niderland millisinin futbolçusu Memfis Depay üçün əlamətdar olub.

"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, forvard rəqib qapısına vurulan səkkiz qoldan ikisinin müəllifi olub.

Bununla da o, milli komandada 50-ci qoluna imza atıb. Oyunçu bu göstərici ilə Niderland yığmasında bütün zamanların bombardiri Robin van Persinin rekordunu təkrarlayıb.

Maraqlısı odur ki, hər iki hücumçu bu nəticəni 102 qarşılaşmada əldə edib.

Seçilən
50
unikal.az

1Mənbələr