AZ

Özbəkistan millisinin hər bir üzvünə bahalı avtomobil hədiyyə edildi

DÇ-2026-nın final mərhələsinə vəsiqə qazanan Özbəkistan yığmasının bütün futbolçularına bahalı avtomobil hədiyyə edilib.

Publika.az xəbər verir ki, avtomobillər seçmə mərhələnin 10-cu turunda Qətərlə keçirilən oyundan (3:0) sonra futbolçulara və məşqçilər korpusunun üzvlərinə təqdim edilib.

Özbəkistan Qətər üzərində qələbədən sonra 21 xal toplayaraq 1-ci qrupda ikinci yeri tutub. Birinci yeri isə İran tutub. Xatırladaq ki, ilk iki yeri tutan komandalar DÇ-nin final mərhələsinə vəsiqəni birbaşa təmin edib.

Seçilən
48
publika.az

1Mənbələr