AZ

Şəmkirdə müəllimlərin olduğu avtomobil aşdı - Ölən və xəsarət alanlar var

Şəmkirdə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Könüllü kəndi istiqamətində qeydə alınıb.

Belə ki, “Great Wall Haval” markalı avtomobil idarəetmədən çıxaraq aşıb.

Nəticədə sürücü Şəbnəm Firudin qızı Hüseynova və daha 2 nəfər xəsarət alıb. Onlardan biri hadisə yerində vəfat edib. Xəsarət alanlardan biri azyaşlıdır.

Faktla bağlı araşdırma aparılır.

***

Hadisə nəticəsində Şahin Əmirov adına Dəllər Cırdaxan kənd orta məktəbinin müəllimi 1994-cü il təvəllüdlü Həqiqət İsmayılova hadisə yerində ölüb. Avtomobildə olan digər müəllim Şəbnəm Hüseynova isə yaralanıb. Maşında olan 2021-ci il təvəllüdlü azyaşlı isə xəsarət alıb.

Həmin şəxslər səhər saatlarında Gəncə şəhərində çalışdıqları məktəbə işə gedirlərmiş.

Yunis Quliyev

Seçilən
16
11
qafqazinfo.az

10Mənbələr