AZ

Los-Ancelesə qoşun yeridilməsi ABŞ-yə 134 milyona başa gəlib


Etirazların davam etdiyi Los-Ancelesə Milli Qvardiya qoşunlarının yeridilməsi ABŞ hökumətinə 130 milyon dollardan çox başa gələcək.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Pentaqon rəhbərinin xüsusi köməkçisi Brin Ullakott MakDonnellə istinadla “Associated Press” agentliyi məlumat yayıb.
“Hazırda qoşunların yerləşdirilməsi üçün ayrılan məbləğ 134 milyon dollardır. Bunlar, ilk növbədə, logistika, yaşayış və yemək xərcləridir”, - Pentaqon rəhbərinin xüsusi köməkçisi bildirib.
Qeyd edək ki, iyunun 6-da Los-Ancelesdə qeyri-qanuni mühacirlərin kütləvi saxlanması başlayıb. İyunun 7-də axşam saatlarında ən azı 44 nəfər miqrasiya qanunlarını pozmaqda ittiham edilərək saxlanılıb.
Hüquq-mühafizə orqanlarının hərəkətlərinə cavab olaraq şəhərdə iğtişaşlara çevrilən nümayişlər başlayıb.
ABŞ Prezidenti Donald Tramp iğtişaşları yatırmaq üçün Milli Qvardiyanın Los-Ancelesə göndərilməsini əmr edib.
Daha sonra Kaliforniya qubernatoru Qevin Nyusom Ağ Ev rəhbəri Donald Trampa və Pentaqon rəhbəri Pete Heqsetə qarşı iddia qaldırıb.
Seçilən
34
yeniavaz.com

1Mənbələr