AZ

Virtz transferi Premyer Liqa tarixinə düşəcək

Leverkuzen “Bayer”inin yarımmüdafiəçisi Florian Virtz “Liverpul”a keçməyə çox yaxındır.

Apasport.az xarici KİV-ə istinadən xəbər verir ki, “qırmızılar” 22 yaşlı futbolçunun transferi üçün Leverkuzen təmsilçisi ilə prinsipial razılıq əldə edib.

Transferin ümumi dəyəri bonuslarla birlikdə 150 milyon avro təşkil edəcək. Bu da Premyer Liqa tarixinin ən bahalı transferi bilər. Hazırda bu rekord “Çelsi”yə məxsusdur. "Mavilər" Enzo Fernandes üçün 121 milyon avro ödəyiblər. 

Virtz “Liverpul”la şəxsi müqavilə şərtlərini iki həftə əvvəl razılaşdırıb. Onun yaxın günlərdə tibbi müayinədən keçməsi gözlənilir. 

PSJ-nin prezidenti: "Mbappesiz əla mövsüm keçirdik"

"Atalanta"nın qolkiperi Madrid klubunda qalacaq - Rəsmi

Türklər Meksika yığması ilə bacarmadı

Seneqal millisi İngiltərəyə tarixində bir ilki yaşatdı

Çerki “Siti”də - RƏSMİ

Seçilən
37
1
apasport.az

2Mənbələr