Türkiyənin Daxili İşlər naziri Əli Yerlikaya son iki həftə ərzində 51 vilayətdə keçirilən əməliyyatlar nəticəsində miqrant qaçaqmalçılığı ilə məşğul olan şəbəkələrə və qeyri-qanuni miqrasiyaya qarşı ciddi tədbirlər görüldüyünü bildirib.
Sfera.az türk mediasına istinadən xəbər verir ki, nazirin verdiyi məlumata görə, əməliyyatlar zamanı 273 miqrant qaçaqmalçılığı təşkilatçısı və 1022 qeyri-qanuni miqrant saxlanılıb.
Saxlanılan təşkilatçılardan 98-i məhkəmə qərarı ilə həbs olunub. Digərləri barəsində isə hüquqi prosedurlar davam etdirilir.
Fidan Hacızadə
Sfera.az