AZ

ABŞ Bayden dövründə adı dəyişdirilən yeddi hərbi bazanın adını bərpa edəcək

ABŞ prezidenti Donald Tramp keçmiş prezident Co Baydenin dövründə adı dəyişdirilən yeddi hərbi bazanın adını bərpa edəcək.

Operativ Media xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp jurnalistlərə açıqlamasında bildirib.

Tramp qeyd edib: “Biz həmçinin Fort Pickett (Va.), Fort Hud (Texas), Fort Gordon (Ga.), Fort Rucker (Alabama), Fort Polk (Luiziana), Fort A.P. Hill və Fort Robert E. Lee (Va.) adlarını bərpa etmək niyyətindəyik”.

Bu ilin əvvəlində ABŞ-nin müdafiə naziri Pit Heqset iki hərbi bazanın, Fort Liberti və Fort Murun adının Corciya ştatının Fort Bragg və Fort Benninq adlandırılmasına göstəriş verib.

 

Seçilən
60
operativmedia.az

1Mənbələr