Bu barədə Demokrat.az-a danışan Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirib ki, Azərbaycan Mərkəzi Bankı da cari ildə pilot qaydada kripto layihələrə start verib:

"Artıq müvafiq işçi heyəti formalaşdırılıb və eyni vaxtda dörd layihənin icrasına start verilib. Rəqəmsal manatla əlaqədar müzakirələr aparılsa da, hələlik normativ-hüquqi çərçivənin qurulması, kriptovalyutaların bank və ödəniş sistemlərinə effektiv şəkildə inteqrasiyası istiqamətində praktik addımlar müşahidə olunmur".
Cavidan Mirzəzadə
Demokrat.az