Bakı. Trend:
Qırğızıstan sosial dəstək sahəsində birgə səylərə xüsusi önəmverir.
Trend xəbər verirki, bunu Qırğızıstanın əmək, sosial təminat və miqrasiya nazirininmüavini Kıyal Januzakova Bakıda Türk Dövlətləri Təşkilatının (TDT)ailə məsələləri və sosial siyasət sahəsinə məsul nazir və qurumrəhbərlərinin ikinci iclası çərçivəsində keçirilən “Güclü ailələr,güclü toplumlar: TDT ölkələrində ailəni dəstəkləkləyici siyasətlər”adlı tədbirdə etdiyi çıxışda deyib.
“Bu gün keçirilən iclas qardaş türk dövlətləri arasında təcrübəmübadiləsi və qarşılıqlı anlaşmanın gücləndirilməsi üçün mühümplatformadır. Ailə, sosial müdafiə və həssas əhali qruplarınındəstəklənməsi təkcə dövlət siyasətinin bir sahəsi deyil, həm dədayanıqlı inkişafın, milli birliyin və insan kapitalının əsasınıtəşkil edir.
Qırğızıstan sosial dəstək sahəsində, ələlxüsus da ailələrindəstəklənməsi, sosial inteqrasiya, uşaqların, yaşlıların və fizikiimkanları məhdud şəxslərin müdafiəsi kimi aktual istiqamətlərdəbirgə səylərə xüsusi önəm verir”, – deyə o bildirib.
Januzakova qeyd edib ki, TDT çərçivəsində əməkdaşlıq insanyönümlü, səmərəli sosial təşəbbüslərin hazırlanması və həyatakeçirilməsinə yeni təkan verəcək.