"Nüvə danışıqları uğursuzluqla nəticələnsə və ABŞ-la münaqişə yaranarsa, İran regiondakı Amerika bazalarına zərbələr endirəcək. Bundan sonra ABŞ bölgəni tərk etmək məcburiyyətində qalacaq".
APA xəbər verir ki, bu barədə İranın müdafiə naziri Əziz Nəsirzadə bildirib.
Nəsirzadə ABŞ rəsmilərinin danışıqların ləngidiyi təqdirdə münaqişə ilə bağlı təhdidləri ilə bağlı xəbərdarlıq edib.
“ABŞ danışıqların nəticəsiz qalacağı təqdirdə münaqişə və qan töküləcəyi ilə hədələyir. Ümid edirəm ki, danışıqlar uğur qazanacaq, amma alınmasa və qarşıdurma bizim üzərimizə qoyulsa, çəkinmədən ABŞ-ın regiondakı bütün bazalarını hədəfə alacağıq. Belə olan halda ABŞ regionu tərk etməlidir”, - o qeyd edib.