İsrail, 9 iyun 2025-ci ildə "Madleen" adlı yardım gəmisini beynəlxalq sularda ələ keçirərək, gəmidə olan 12 fəaldan biri olan Greta Tünberqi həbs edib. O, İsrailin Qəzza blokadasını pozaraq humanitar yardım göndərmək məqsədilə təşkil olunan Azadlıq Flotilyası Koalisiyasının üzvü idi. Gəmidə uşaq südü, 100 kq un, 250 kq düyü, uşaq bezi, tibbi ləvazimatlar və əlil arabaları kimi yardımlar daşıyırdı .
İsrail hökuməti, gəminin beynəlxalq sularda ələ keçirilməsini təhlükəsizlik səbəbləri ilə izah edərək, bu addımın beynəlxalq hüquqa uyğun olduğunu bildirdi. Bununla belə, insan haqları təşkilatları və bəzi dövlətlər, bu hərəkəti beynəlxalq hüququn pozulması kimi qiymətləndirdi.
İsrail Xarici İşlər Nazirliyi bu təşəbbüsü “selfi yaxtası” adlandıraraq məsələni kiçiltməyə çalışıb. Nazirlik bazar ertəsi gecə “X” platformasında yaydığı açıqlamada bildirib ki, gəmi Aşdod limanına çatdıqdan sonra sərnişinlər Tel-Əvivdəki Ben Qurion hava limanına aparılıb.
Fransa bildirib ki, Qreta Tünberqlə birlikdə saxlanılan altı Fransa vətəndaşından beşi deportasiya sənədlərini imzalamaqdan imtina edib.
Açıqlamada həmçinin qeyd olunub:
“Deportasiya sənədlərini imzalamaqdan və İsraili tərk etməkdən imtina edən şəxslər, İsrail qanunlarına uyğun olaraq deportasiyalarının təsdiqlənməsi üçün məhkəmə qarşısına çıxarılacaqlar.”
Tünberq və digər fəallar, İsrailin onları beynəlxalq sularda qanunsuz şəkildə ələ keçirdiyini iddia edərək, bu hərəkəti "qaçırılma" kimi qiymətləndirdilər. Tünberq, Parisə gəldikdən sonra bu hərəkətin "qanunsuz" olduğunu vurğulayaraq, Qəzzadakı humanitar böhrana diqqət çəkdi .
Qretanın verdiyi mühasibədə deyir ki: “o, hələ də internetdə yayımlanan videolar barədə məlumatlı deyil. O, həmçinin bildirib ki, onların beynəlxalq sularda olduqları vaxt istəklərinə zidd olaraq İsrail tərəfindən qaçırılmaları qanunsuz olub. İsrail hərbçiləri onları gəminin alt hissəsində saxlayıb və oradan çıxmağa icazə verməyiblər.”
“Əslində isə bu məsələdə ən vacib olan başqa şeydir. Amma əsl hekayə bu deyil. Əsl hekayə odur ki, hazırda Qəzzədə bir soyqırım baş verir. Blokadanın nəticəsi olaraq orada sistematik aclıq yaşanır və bu da ərzaq, dərman, su kimi həyati vacib ehtiyacların Qəzzəyə çatmasının qarşısını alır. Bu resurslar isə ora təcili şəkildə çatdırılmalıdır.”
Bizim məqsədimiz isə blokada altında olan mülki əhalinin ehtiyaclarını ödəmək üçün humanitar dəhlizlərin açılmasına nail olmaqdır.
Bu hadisə, beynəlxalq hüquq, humanitar yardım və Qəzza blokadası məsələlərində yeni müzakirələrə səbəb oldu. Tünberq və digər fəallar, bu cür fəaliyyətlərin davam etdiriləcəyini və Qəzzadakı vəziyyətə diqqət çəkilməsinin vacibliyini vurğuladılar.
Həmçinin əlavə edək ki, aktivistlərin hərəkətləri qanunsuz hesab olunur və İsrail hökuməti ölkənin və onun vətəndaşlarının təhlükəsizliyini təmin etmək məqsədilə bütün mümkün tədbirləri görür. Aktivistlərin bütün hərəkətləri isə şəxsi və ya siyasi məqsədlərlə deyil, məhz qanunvericiliyə uyğun şəkildə qiymətləndiriləcək və müvafiq hüquqi prosedurlarla araşdırılacaq.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta