Bizimyol saytından verilən məlumata görə, ain.az xəbər verir.
İsrail HƏMAS-ın atəşkəs və girovların azad edilməsi şərtləri ilə bağlı son təklifinə cavab hazırlayıb.
Bizimyol.info xəbər verir ki, Ordu Radiosunun verdiyi məlumata görə, Baş nazir Benyamin Netanyahu, Strateji İşlər Naziri Ron Dermer və Müdafiə Naziri İsrael Kats dünən birgə iclasda cavabın təfərrüatları barədə razılığa gəliblər. Sənəd artıq vasitəçilərə təqdim olunub.
Hazırda hakimiyyət orqanlarının terror qruplaşmasından cavab gözlədiyi bildirilir. Bundan əvvəl ABŞ Qəzzada 60 günlük atəşkəsin tətbiq edilməsi təşəbbüsü ilə çıxış edib.
if (!$ISMOBILE) : ?>
include(__DIR__.'/320x100.php');?>
Plan İsrail qoşunlarının qismən çıxarılmasını, humanitar yardımın əhəmiyyətli dərəcədə artırılmasını və girovların (10 diri və 18 ölü) mərhələli şəkildə azad edilməsini nəzərdə tuturdu.
Bu təklifə cavab olaraq HƏMAS öz şərtlərini irəli sürüb. Onların arasında qrup girovların azad edilməsi qrafikinin dəyişdirilməsini tələb edib - iki mərhələ əvəzinə (barışın birinci və yeddinci günündə) bu prosesi bütün 60 günlük müddətə uzatmaq istəyirlər.
Qadir, Bizimyol.info
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.