BAKI, 11 iyun. TELEQRAF
ABŞ ilə hərbi münaqişə başlasa İran Yaxın Şərqdə yerləşən bütün Amerika hərbi bazalarını hədəfə alacaq.
Teleqraf xəbər verir ki, bu barədə İranın Müdafiə Nazirliyi məlumat yayıb.
"İran regionda baş verən prosesləri yaxından izləyir və istənilən təcavüzkar addıma qəti və sərt cavab verməyə tam hazırdır. Əgər Vaşiqton strateji səhv edərək İrana qarşı hərbi əməliyyatlara başlasa, bölgədəki bütün ABŞ bazaları dərhal və sərt cavab zərbələri ilə üzləşəcək",- məlumatda deyilir.