AZ

"Mançester Siti" "Milan"ın ulduzunu heyətinə qatdı - RƏSMİ

"Mançester Siti" yeni transfer reallaşdırıb.

Fanat.Az xəbər verir ki, İngiltərə nəhənginin mətbuat xidməti bu barədə açıqlama yayıb. 

Niderlandlı yarımmüdafiəçi Ticani Reynders "Milan"ı "Mançester Siti"yə dəyişib. 26 yaşlı yarımmüdafiəçi "şəhərlilər"lə 2030-cu ilin yayına kimi müddətə nəzərdə tutulan müqavilə imzalayıb. 

Qeyd edək ki, Reynders ötən mövsüm İtaliya çempionatının ən yaxşı yarımmüdafiəçisi olub. Keçən mövsüm o, A Seriyasında 37 matçda iştirak edib və 10 qol, 4 məhsuldar ötürmə ilə yadda qalıb. 

"Mançester Siti" 2024/2025 mövsümünü Premyer Liqanın üçüncü pilləsində başa vurub.

Mirağa

Seçilən
37
fanat.az

1Mənbələr